Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İran və Rusiyanın Türkiyədəki səfirləri XİN-ə çağırıldı

Yanvar 10
16:39 2018

Rusiyanın və İranın Ankaradakı səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, buna səbəb Suriyanın hökumət qüvvələrinin İdlibdəki deeskalasiya zonasında atəşkəs rejimini pozması ilə əlaqədardır.

Ankara diplomatlardan təhlükəsizlik zonalarının sərhədlərini pozmamağa çağırmağı xahiş edib.

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bundan əvvəl Suriya ordusunun terrorçularla mübarizə adı altında İdlib əyalətindəki mötədil müxalifət qüvvələrinə hücumlar etdiyini bildirib.

Rusiya və İranın Ankaradakı səfirlikləri məlumatı şərh etməyib.

Digər xəbərlər