Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Mədinədə İslam irsini əks etdirən yeni muzey açılıb

Yanvar 12
17:30 2018

Səudiyyə Turizm və Milli İrs Komissiyası xüsusi muzeylərə lisenziya verdikdən bir müddət sonra Mədinə şəhərində bir çox muzey fəaliyyət göstərməyə başlayıb. Bunlardan biri də Muhəmməd peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) həyatı, İslam mədəniyyəti və Mədinə şəhər mədəniyyətinə həsr olunmuş ekspozisiyaları sərgiləyən “Darul-Mədinə” muzeyidir.

“Darul-Mədinə” muzeyinin icraçı direktoru Hasan Taher fəaliyyətə başlayan yeni muzeyi Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) həyatı, Mədinə şəhərinin mədəni irsi, eləcə də əsas İslami hadisələrə həsr olunmuş ilk və ən böyük ixtisaslaşdırılmış muzey adlandırıb.

Selefxeber.az-ın “ansar.ru“ya istinadən xəbərinə görə, sərgi fəaliyyəti ilə yanaşı, muzeydə Mədinə şəhərinin tarixi və görməli yerləri barədə materiallar dərc olunur, eləcədə mövzu ilə bağlı seminarlar və forumlar təşkil edilir.

Muzeydə fəaliyyət göstərən ərəb, ingilis, türk və urdu dillərində danışan təlimatçılar Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) həyatına həsr olunmuş zalda Mədinənin nadir rəsm və təsvirləri, eləcə də islam tarixi ilə əlaqədar eksponatların unikal kolleksiyası ilə gələnləri tanış edir.

Muzeyin həyətyanı sahəsində isə Mədinənin təbiəti və qədim memarlıq nümunələrini seyr etmək olar.

Digər xəbərlər