Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakıda bütün dayanacaqlarda Wi-Fi olacaq

Dekabr 02
16:59 2014

I Avropa Oyunları ilə əlaqədar olaraq 2015-ci ildə bütün dayanacqlarda Wi-Fi quraşdırılacaq. Şəbəkə vətəndaşlara istənilən vaxt dayanacaqda sərbəst şəkildə pulsuz olaraq internetə qoşulma imkanı verəcək.

“Sələf Xəbər” Qafqazinfo-ya istinadən xəbər verir ki, yeni quraşdırılacaq sistem Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq. Sistemin paytaxtdakı bütün dayanacaqlarda quraşdırılması nəzərdə tutulub.

Şəbəkənin quraşdırılmasında əsas məqsəd Avropa Yay  Oyunlarında əhaliyə və turistlərə keyfiyyətli xidmət göstərməkdir. Yəni turistlər internetə rahat şəkildə qoşularaq məlumatları asanlıqla əldə edib ötürə biləcəklər.

Nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bu sistemin çoxdan qurlaşdırılmalı olduğunu deyir. Onun sözlərinə görə, müəyyən səbəblərə görə bu sistem geciksə də artıq onun yerləşdirilməsi üçün bir problem yoxdur.

Qeyd edək ki, artıq bir sıra inkişaf etmiş ölkələrdə bu sistem tətbiq olunub.

Digər xəbərlər