Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Həkimlərin qarşına yeni tələblər qoyuldu

Oktyabr 20
16:02 2015

Azərbaycan Səhiyyə Nazirliyi “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması” haqqında yeni qaydalar hazırlayır.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov məlumat verib.

P.Əzizbəyov bildirib ki, artıq qaydalar təsdiqlənmə mərhələsindədir: “Yeni qaydalara görə, həkimlər resept yazarkən dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adını, yəni təsiredici maddənin adını yazacaqlar. Yeni qaydalar təsdiqləndikdən sonra reseptlər yalnız bu formada yazılacaq. Qaydaları pozan həkimlər qanunvericiliyə müvafiq qaydada cəzalandırılacaqlar”.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun. Çünki Allah-Təala qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib”. (İbn Macə)

Digər xəbərlər