Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Türkiyə Prezidenti ilə görüşüb

İyun 13
14:40 2015

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) birinci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Dövlətimizin başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə şəxsən təbrik edib.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Əlaqələrimizin bundan sonra da bütün sahələrdə daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev Türkiyə idmançılarına uğurlar arzulayıb. Bu tədbirin ölkələr və xalqlar arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyi qeyd edilib.

Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər