Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Misirli diplomat: “Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyirik”

Aprel 08
21:28 2015

“Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri dəstəkləyirik”.

“Misirin mövqeyi açıqdır və öz mövqeyinə sadiq qalır. Biz Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri dəstəkləyir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyirik”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu sözləri Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysəm Cəlal deyib. Diplomat ATƏT-in Minsk Qrupunun bu sahədə səylərini dəstəklədiklərini də söyləyib.

Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar”. (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586, Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

Digər xəbərlər