Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Pakistan Prezidenti Əjdərbəy məscidində namaz qılıb – FOTO

Mart 13
18:31 2015

Pakistan Prezidenti Məmnun Hüseyn martın 13-də Bakıdakı Əjdərbəy məscidində olub.

“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Pakistan dövlətinin başçısı məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

Allahşükür Paşazadə görüşdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan və Pakistan prezidentlərinin dostluq münasibətləri xalqlarımız arasındakı əlaqələrin təzahürüdür.

Şeyxülislam vurğulayıb ki, Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Prezident Məmnun Hüseyn Azərbaycana səfərindən, keçirdiyi çoxsaylı görüşlərdən, ölkəmizdə müşahidə etdiyi inkişaf prosesindən məmnunluğunu bildirib.

📷

sx-news-1797a

Sələf Xəbər: Məşhur orta əsr alimi Əhməd ibn Abdu Saləm (Allah ona rəhmət etsin) demişdir: “Məscidlər ümmətin toplandığı yer olub. Orada rəhbər imamlarla görüşmək olardı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz hörmətli məscidini təqva əsasında qurub. Orada namaz qılar, Quran oxuyar, Allahı zikr edər, elm alar və nitq və xütbə söyləyərdilər. Beləliklə, müsəlmanlar öz dinləri və dünyəvi həyatları ilə əlaqəli hər hansı mühüm məsələ səbəbilə məsciddə toplaşardılar”. (“Cümə xütbələri toplusu”)

Digər xəbərlər