Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Prezident xalqa iki mühüm mesaj ünvanlayıb

Sentyabr 12
15:19 2015

Azərbaycan daxilində bir neçə il əvvəl baş vermiş təhlükəli hadisələrə toxunan Prezident İlham Əliyev yada saldı ki, ölkəmiz hələ də həmin inqilabi müdaxilələri öz biznesinə çevirmiş dairələrin hədəfindədir.

“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, bunu Prezident İlham Əliyevin sentyabrın 8-də keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədəki çıxışına münasibət bildirərkən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, xarici qüvvələrin suveren dövlətlərin daxili işinə qarışması böyük xaosun sərhədlərini genişləndirir:

“Artıq bir neçə ildir ki, dünyanın ən həssas bölgələrindən olan Yaxın Şərqdə rəngli inqlablar adlı cərəyan yer alır. Əfqanıstan, İraq, Liviya, Suriya, Somali, Yəmən və digər məmləkətlərin daxilində baş verən vətəndaş müharibələri, parçalanma və qopmalar, inqilabi çevrilişlər dincliyi pozub. Azərbaycanın daxilində bir neçə il bundan əvvəl baş vermiş təhlükəli hadisələrə toxunan Prezident İlham Əliyevin son çıxışı ölkəmizin hələ də həmin inqilabi müdaxilələri öz biznesinə çevirmiş dairələrin hədəfində olmasından xəbər verir. Deməli, təhlükə sovuşmayıb və dövlətçiliyi, sabitliyi qorumaq istiqamətində mütəşəkkil olmaq son dərəcə vacibdir”.

Politoloq Ukraynanın məhz kənardan sırınmış rəngli inqilab nəticəsində sabitliyini itirməsini xatırladaraq, hamılıqla kənar qüvvələrin Azərbaycanda at oynatmasına yol verilməməsinə çalışmağın vacibliyini bildirib:

“Prezident İlham Əliyev məlum çıxışında diqqəti həm də buna yönəltdi ki, insanlar saxta təbliğata uymasınlar və ölkədə qazanılmış sabitlik, əmin-amanlıq daha da möhkəmlənsin. Zənnimcə, dövlət başçısı vaxtında aktual mesajları xalqa ünvanlayıb”.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə 2011- 2012-ci illərdə bəzi xarici dairələrin Azərbaycanda Maydan hərəkatını yaratmaq planının iflasa uğradığını bildirmişdi. O, 2013-cü il seçkisi ərəfəsində destruktiv qüvvələrin öz fəaliyyətlərini artırdığını və müəyyən qüvvələrin Azərbaycanda sabitliyi pozmaq istədiklərini söyləmişdi.

Sələf Xəbər: Uca Allahdan hər bir işdə xalqımıza kömək etməyini diləyirik!

Digər xəbərlər