Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Zəvvarların son qrupları Həccə sentyabrın 15-də yola düşəcək

Sentyabr 09
15:48 2015

Azərbaycandan Həcc ziyarətinə yola düşəcək zəvvarlar artıq qruplara bölünüb.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, ziyarət üçün uçuşlar sentyabrın 11-də başlayacaq və son uçuş sentyabrın 15-də gerçəkləşəcək. Uçuşların ilk və son günündə yalnız “VİP zəvvarlar” üçün ayrılmış təyyarələr uçacaq.

Zəvvarlar 50 qrupa bölünüblər və hər qrup 45-50 zəvvardan ibarətdir. Uçuşlar qruplar üzrə olacaq.

Qeyd edək ki, artıq Həcc ziyarətinə sənəd qəbulu başa çatıb. Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və yerlər dolub.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salam olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)

Digər xəbərlər