Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ İŞİD-i məğlub etməyin yolunu deyib

Oktyabr 28
15:58 2015

ABŞ ordusunun Baş Qərargahının rəisi general Cozef Danford bildirib ki, ABŞ aviasiyası İŞİD terror xəvaric qruplaşmasına qarşı daha sərt davranacaq.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, amerikalıların yeni strategiyası İŞİD terror xəvaric qruplaşmasının neft yataqlarını vurmağa əsaslanır. ABŞ ordu rəhbərliyinin fikrinə görə, bu addım İŞİD terror xəvaric qruplaşmasını neft satışından və gəlirlərdən məhrum edəcək.

Öz növbəsində Pentaqon rəhbəri Eşton Karter deyib ki, İŞİD terror xəvaric qruplaşmasının qarşısını almaq üçün yeni yanaşma planı hazırlanır. Plan İŞİD terror xəvaric qruplaşmasına qarşı döyüşən qruplara silah yardımı və hərbi təlim keçilməsini ehtiva edir.

Sələf Xəbər: Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhu usul ət-təfsir”)

Digər xəbərlər