Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ebola minlərlə uşağı yetim qoydu

Fevral 07
16:00 2015

Ebola epidemiyası səbəbiylə 3584 uşaq həm anasını, həm də atasını itirdi.

“Sələf Xəbər” A24.az-a istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondu (UNICEF), Qərbi Afrikada yayılan Ebola epidemiyası səbəbiylə Liberiya, Sierra-Leone və Qvineyada 3584 uşağın həm anasını, həm də atasını itirdiyini açıqlayıb.

UNICEF Qərb və Mərkəzi Afrika Bölgəsi Uşaqların Mühafizəsi müşaviri Endi Brooks, BMT Cenevrə ofisindıki mətbuat konfransına tele konfransla qatıldı. O, Qərbi Afrikadakı Ebola səbəbiylə 9234 uşağın valideynlərindən birini itirərək, yetim qaldığını söyləyib.

Dünya Səhiyyə Təşkilatından edilən açıqlamada, Qərbi Afrikadakı Ebola epidemiyasında həyatını itirənlərin sayının 9 minə yaxınlaşdığı bildirilib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (Qurani-Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)

Digər xəbərlər