Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ərdoğan Moskvada məscidin açılış mərasimində iştirak edəcək

Sentyabr 18
18:02 2015

Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü olacaq.

Sentyabrın 23-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbasın görüşü olacaq.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Türkiyə prezidenti Moskvada məscidin açılış mərasimində iştirak edəcək. Həmçinin onun prezident Putinlə görüşü də nəzərdə tutulub. Biz Mahmud Abbasın da mərasimdə iştirakını gözləyirik. Onunla Putin ayrıca danışıqlar aparacaq”, – deyə Kremlin mətbuat xidmətinin rəhbəri qeyd edib.

Qeyd edək ki, sentyabrın 23-də Moskvanın Sülh prospektində yerləşən məscidin açılış mərasimi keçiriləcək. Mərasimə dəvət olunanlar arasında Səudiyyə Ərəbistanı, İordaniya, Fələstin, Qətər, Küveyt, Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, İran və digər dövlətlərin başçıları var.

Sələf Xəbər: Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur.
Uca Allah buyurur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə).
Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını və bizim hamımızın Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik! Amin!

Digər xəbərlər