Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Misirdə qəzaya uğrayan təyyarənin hadisə yerindən ilk görüntüləri – VİDEO

Noyabr 02
16:07 2015

Oktyabrın 31-də səhər Misirdə qəzaya uğrayan А321 tipli sərnişin təyyarəsinin ilk görüntüsü yayılıb.

“Sələf Xəbər”in “A24.az”-a istinadən verdiyi xəbərə görə, hadisə yerindən çəkilən görüntüdə sərnişinlərin şəxsi əşyaları və təyyarənin qalıqlarını görmək mümkündür.

Qeyd edək ki, Şarm-əl-Şeyx – Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itib.

Göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvünün olduğu təyyarənin qalıqları Sinay vilayətinin mərkəzi hissəsində aşkarlanıb. Təyyarədəki insanların hamısı həlak olub. Faciə ilə bağlı Rusiyada matəm elan olunub. Son məlumata görə, təyyarənin “qara qutuları” Misirin baş prokurorluğuna təhvil verilib.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər