Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Müsəlmanlar xristianlara sipər olublar

Dekabr 23
18:31 2015

Keniyada terrorçular sərnişin avtobusuna hücum ediblər.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, terror təşkilatı olan “Əş Şabab” paytaxt Nayrobidən Manderaya gedən sərnişin avtobusuna silahlı basqın edib. Onlar sərnişinləri dinlərinə görə iki qrupa ayırmaq istəyiblər. Lakin müsəlmanlar xristianları qorumaq üçün bundan imtina ediblər.

Terror aktı nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Şahidlərin sözlərinə görə, 10 terrorçu avtobusu əhatəyə alıb. Müsəlmanların və xristianların ayrılmasını tələb ediblər. Lakin müsəlmanlar avtobusdan enməkdən imtina ediblər. “Bizə atəş açaraq öldürməklə təhdid etdilər. Amma biz qardaşlarımızı qorumaq üçün onlardan ayrılmadıq. Terrorçular bundan sonra çıxıb getdilər. Amma geri qayıdacaqlarını dedilər”, – deyə sərnişinlər bildiriblər.

Millət vəkili, bölgə komissiyasının üzvü Julius Otieno da bu barədə xəbəri təsdiqləyib. Onun sözlərinə görə, müsəlmanlar xristian qrupdan ayrılmaqdan imtina ediblər. Buna görə də terrorçular onları ayırd edə bilməyiblər.

“Əş Şabab” silahlıları da basqın xəbərini təsdiqləyib.

“Əş Şabab” Somalidə federal keçid hökumətinə qarşı mübarizə üçün 2011-ci ildə qurulan silahalı qruplaşmadır. Müntəzəm olaraq silahlı basqınlar, terror aktları həyata keçirir. Ötən il məktəb avtobusuna edilən basqın 17-si müəllim olmaqla 28 nəfərin ölümünə yol açmışdı.

Onlar, həmçinin Somalidə prezident sarayına edilən hücum nəticəsində 9 nəfərin həyatını itirməsinə səbəb olan hadisəyə görə də məsuliyyəti üzərlərinə götürüblər.

Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə İslam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.

Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.

Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.

Digər xəbərlər