Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Quran yapon dilinə tərcümə edilib

Oktyabr 30
18:34 2014

“Sələf Xəbər”-in islam-today.ru saytına istinadən xəbərinə görə, hazırda Qurani Kərimin dünyanın 63 dilində tərcüməsi var.

Bu barədə Səudiyyə Ərəbistanının Quranın nəşri üzrə Mərkəzi baş katibi Məhəmməd Səlim ibn Şədid Aufi bildirib.

Onun sözlərinə görə, Quranın tərcümə edildiyi 63 dildən 32-si – Asiya, 16-sı – Afrika, 15 –i – Avropa dilləridir.

Məhəmməd Aufi qeyd edib ki, Qurani Kərimin yapon və ibrit dillərinə tərcüməsi artıq başa çatmışdır. Hazırda mütəxəssislər hər iki tərcümənin keyfiyyətini yoxlayırlar.

Əlavə edək ki, bu günə kimi Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşən Məlik Əhəd adına Quranın nəşri üzrə Mərkəzdə 300 000 000 Quran nəşr edilib.

“Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir.”

Qurani Kərim, “Yunus” surəsi, 57-ci ayə

Digər xəbərlər