Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Rusiya: “İŞİD-in silah-sursatı tükənir”

Oktyabr 12
16:34 2015

“Suriyadakı İŞİD terror xəvaric qruplaşması döyüşçülərinin silah ehtiyatı bitir və canlı qüvvədə də çatışmazlıq yaranıb”.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Nazirlikdən bildirilib ki, İŞİD terror xəvaric qruplaşması döyüşçülərinin Rusiya aviasiyası tərəfindən məhv edilən silah-sursatları haqda hesabatı ələ keçirilib.

Bundan başqa terrorçular Rakkadakı rəhbərlikdən onlara yardım göndərmələrini tələb ediblər.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) deyib: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”. (Əl-Buxari)

Digər xəbərlər