Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

3D çap texnologiyası ilə ilk maşının istehsalı tamamlandı – FOTO

Mart 25
21:16 2015

“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən xəbər verir ki, dünən Çinin cənubunda yerləşən Haynan şəhərində 3D ölçülü çap texnologiyasından istifadə olunan ilk sərnişin maşını istehsal olundu.

3D ölçülü çap sənaye texnologiyasının bir növüdür. Belə ki, onun istehsalı üçün bir-birinin üzərində xüsusi maddədən düzəldilmiş ardıcıl nazik təbəqələr qoymaqla üç ölçülü material hazırlanır.

Bu maşının uzunluğu 3.6, eni isə 1.63 metrdir. Maşının istehsalında 5 gün ərzində düzələn ucuz metal ərintisindən istifadə edilmiş və sürücülük imtahanından keçirmək üçün tələsik quraşdırılmışdır.

Baş dizayner Çin Minğ Çyav deyir ki, iki nəfərin yerləşəcəyi bu maşın özünün güclü, lakin yüngül materialı ilə fərqlənir. Həmçinin əlavə edib ki, maşın güclülüyü və möhkəmliyi ilə də seçilir və maddəsinin sıxlığı 7 və ya 8 dəfə metaldan daha yüngüldür. Çəkisinin azlığı gələcəkdə enerji qənaətinə də kömək edəcəkdir.

Maşın yenidən doldurula bilən batareyalarla işləyir və saatda 40 km sürətlə gedir.

📷

3d

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031