Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ən nazik “iPhone” satışa çıxarılır – FOTO

Sentyabr 09
16:40 2015

Yeni “iPhone 6s”-in qalınlığı 6-6.5 mm arasında olacaq.

Bu gün ABŞ-da Apple şirkəti “iPhone 6s”in təqdimat mərasimi keçiriləcək.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, yeni modelin təqdimat mərasimi canlı yayımla dünyaya nümayiş etdiriləcək.

Yeni “iPhone 6s”in digərlərindən fərqli olaraq daha çox texniki imkanlara sahib olduğu iddia edilir.

“KGI Security” araşdırma şirkətinin iddiasına görə, yeni model telefon “Apple” şirkətinin istehsal etdiyi ən nazik “iPhone” olacaq. Onun qalınlığının 6 – 6.5 mm arasında olduğu deyilir.

Hazırda satışda olan “iPhone”- 6.9-7.1 mm qalınlığındadır. Yeni telefonun üstünlüklərindən biri isə səs komandalarına daha geniş yer verilməsidir.

“iPhone 6s”in daha keyfiyyətli videokamerası və möhkəm üz qabığı (alimenium) ilə özündən əvvəlkilərə meydan oxuyacağı iddia edilir. Yeni modeldə iOS 9 –un təkminləşdirilmiş funksiyalarından istifadə ediləcək.

“iPhone 6s”ın əsas rəqibləri isə avqust ayında Cənubi Koreya “Samsung” şirkətinin təqdim etdiyi Galaxy Note 5 və Galaxy S6 edge Plusdur.

“Apple” şirkəti ilk “iPhone”modelini 2007-ci ildə müştərilərinə təqdim edib. 8 il ərzində 6 milyondan çox “iPhone” satılıb.

2014-cü ilin sentyabrında satışa çıxarılan “iPhone 6” və “iPhone 6 Plus” modelləri doqquz ay ərzində şirkətə 183 milyon dollar gəlir gətirib.

📷

b86160196b69 c36ca940ed94

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930