Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ozon dəliyi Afrika boyda böyüyüb

Oktyabr 30
18:28 2015

Genişlənmə hər il davam edir.

Antarktika üzərindəki Ozon dəliyi 2015-ci ildə rekord səviyyədə genişlənərək 28,2 milyon kilometrə qədər çatıb.

“Sələf Xəbər”in XəzərXəbərə istinadən məlumatına görə, Dünya Meterologiya Komitəsinin yaydığı bəyanatda deyilir ki, genişlənmə hər il davam edir.

Qeyd edilib ki, planetin cənub yarımkürəsində Antarktida üzərindəki ozon qatında ölçüləri Afrika qitəsinin sahəsinə bərabər “deşik” əmələ gəlir. Antarktida üzərindəki atmosfer qışda Yer kürəsindən qütb burulğanı adlanan küləyin təbii böhranı ilə təcrid olunur.

Ozon qatının nazikləşməsi sayəsində ultrabənövşəyi şüalanmanın artması bitkilərə, dənizin flora və faunasına ciddi təsir göstərir. Buzlaqların əriməsi sürətlənir. Sun 100 ildə okeanın səviyyəsi 10-15 sm artmışdır. Proqnozlar göstərir ki, əgər Yer kürəsində olan buzlaqlar tam ərisə, o zaman okean sularının səviyyəsi 60 metr qalxar, bunun isə nə demək olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Buzlaqlardan ayrılan aysberqlər okeanda üzən gəmilər üçün təhlükə mənbəyinə çevrilirlər.

Dünyanın sivil su ehtiyatının 70 %-nin Antarktida materikində olması vəziyyəti daha da mürəkkəbləşdirir və təhlükəli edir. Belə ki, materikin müəyyən yerlərində intensiv buz ərimələri davam edir. Buz ərimələri Antarktidada 8 min il əvvəl başlanmışdır. Bu təbii prosesi ozon qatının nazikləşməsi daha da intensivləşdirmişdir.

Arktika ərazisində də, demək olar ki, eyni vəziyyət yaranmışdır. Bu hal xüsusilə son illər hər iki ərazinin üzərində ozon qatının nazikləşməsi ilə daha təhlükəli xarakter almaqdadır.

Sələf Xəbər: Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Dinimiz nəyinki ətraf mühiti qorumağı buyurur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir.
Hava, su və torpağın çirklənməsi, səhralaşma proseslərini gücləndirən amillərin hamısı bəşəriyyətdə qida qıtlığına, müxtəlif bilinən və bilinməyən xəstəliklərin yaranması və yayılmasına, heyvanların və bitkilərin bəzi növlərinin kökünün kəsilməsinə, iqlim dəyişikliklərinə gətirib çıxarır.

Biz, insanların verilən bu nemətin qədrini bilməyimiz vacibdir. Nemətdən düzgün istifadə etməmək onun azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarır. Məsələ bununla da bitmir. Rəbbin nemətinə nankor olanlar Onun qəzəbinə düçar olar.
Uca Allah buyurur: “Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 211-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930