Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 15.05.2016

May 15
10:49 2016

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

Azərbaycan həqiqətləri Səudiyyə Ərəbistanının mediasında


Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev bu ölkənin “Əl-Həyat” qəzetində Ərəb dilində geniş müsahibə ilə çıxış edib. Daha ətraflı

🌎

Hərbi attaşelər cəbhə bölgəsində – Düşmənin qadağan olunmuş silahdan istifadəsi aşkarlanıb


Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfəri təşkil olunub.
Bu gün Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfəri təşkil olunub. Daha ətraflı

🌎

Şeyx Fovzan: Rəhbərə qarşı təbliğat aparan xəvaricdir – VİDEO


Sual: Bir nəfərə rəhbərə tənə etməmək barədə tövsiyə etdim, o isə buna görə məndən küsdü. Növbəti dəfə onunla qarşılaşanda ona salam verdim, o isə salamı qaytarmadı. Bundan sonra mən də onu tərk etdim. Buna görə mənə günah varmı? Daha ətraflı

🌎

İlham Əliyev (Allah onu qüvvətləndirsin): “2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq”


“Ümidvaram ki, hazırda biz diqqətimizi əməkdaşlığımızın, artıq qeyd etdiyimiz enerji, nəqliyyat, kosmos sənayesi və digər ənənəvi sahələri ilə yanaşı, Azərbaycan üçün prioritet xarakter daşıyan sektorlara yönəldə bilərik. Yəni neft qiymətlərindən, neft və qaz sektorundan asılılığın azaldılması və xalqımız üçün yaxşı yaşayış standartlarını təmin edə biləcək davamlı iqtisadiyyatın qurulması nəzərdə tutulur. Biz bu istiqamətdə işləyirik, iqtisadi islahatları və Azərbaycanda iş yerlərinin artırılmasına yönəlmiş islahatları həyata keçiririk”. Daha ətraflı

🌎

Zakir Həsənov cəbhədə açılış edib – FOTO


Müdafiə naziri müvafiq tapşırıqlarını verib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, ön xətdə yerləşən birləşmənin taboru üçün yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib. Daha ətraflı

🌎

İraqda terror aktında ölənlərin sayı 94-ə çatdı


İraqda törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 94-ə çatıb.
“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, 150 nəfər yaralıdan əksəriyyətinin vəziyyəti ağırdır. Bu səbəbdən ölənlərin sayının artacağı istisna edilmir. İlk terror aktı Bağdadın şiələr yaşadığı Mədinət-Sədr məhəlləsindəki bazarda baş verib. Daha sonra hədəf paytaxtın şimalında yerləşən Kadimiyə rayonu olub. Daha ətraflı

🌎

“Azərbaycan öz torpaqlarını azad etmək üçün həlledici mərhələyə başlayıb” – Xələf Xələfov


“Hazırda Azərbaycanın bütün resursları işğalın nəticələrinin aradan qaldırılması, ərazi bütövlüyünün bərpa olunması istiqamətində mübarizəyə yönəlib və Azərbaycan bu istiqamətdə həlledici mərhələyə başlayıb”.
“Sələf Xəbər”in Virtualaz.org-a istinadən məlumatına görə, bunu Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda keçirilən dinləmələr zamanı çıxışında Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib. Daha ətraflı

🌎

Cəbhədə gərginlik davam edir


Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub. Daha ətraflı

🌎

Azərbaycan yeni hərbi təyyarələr alacaq


Ukrayna Azərbaycana on yeni “An-178” nəqliyyat təyyarəsi satacaq.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə “İnterfaks” agentliyi xəbər yayıb.
Məlumata görə, Ukrayna dövlət müəssisəsi “Antonov” Azərbaycana “An-178” tipli on yeni nəqliyyat təyyarəsi satmağı planlaşdırır. Azərbaycanla yanaşı bu hərbi nəqliyyat təyyarələrindən ikisi də Çinə satılacaq. Daha ətraflı

🌎

Vyana görüşü nəticəsiz qalarsa…


Prezidentlərin gələn həftəyə planlaşdırılan görüşünü şərh edən politoloqların qənaətinə görə, Azərbaycan siyasi və hərbi baxımdan tam hazırlıqlı vəziyyətdədir: “Bu dəfəki danışıqlar da uğursuz olarsa, müharibə variantı istisna deyil”. Daha ətraflı

🌎

Digər xəbərlər