BTC kəməri ilə nəql edilən neftin həcmi bəlli oldu
Noyabr 13
17:21
2017
2. 257 dəfə baxılıb
Oktyabr ayında BTC kəməri ilə 2,2 milyon tondan artıq Azərbaycan nefti nəql olunub.
Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” xəbər verir ki, 2017-ci ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 268 min 672 ton Azərbaycan nefti nəql olunub.
Cari ilin yanvar- oktyabr aylarında bu kəmərlə 22 milyon 595 min 463 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il noyabr ayının 1-nə qədər BTC-yə 344 milyon 133 min 525 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin oktyabr ayında BTC kəməri ilə 545 min 988 ton Türkmənistan nefti nəql olunub.