Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Möminlər arasında ədavət, nifrət və ixtilaf şirkə yol açır – Şeyx Əbdüssəlam bin Bərcis (Allah rəhmət etsin)

Yanvar 03
17:36 2018
🎬

📥Yüklə (4.2 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Möminlər arasında ədavət, nifrət və ixtilaf olduqda, çox vaxt cəmiyyətdə şirk də geniş yayılır. Buna görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir çox hədislərdə şirkin təhlükəsi ilə, möminlər arasında ədavət, nifrət və ixtilafın təhlükəsini müqayisə etmişdir.

Səhih Muslimdə rəvayətdə deyilir ki, “Hər həftənin birinci və dördüncü günü bəndələrin əməlləri Allaha ərz edilir. Bu zaman müşrikdən və bir-biri ilə ədavət edənlərdən başqa, hər kəsin günahı bağışlanır.”

Digər hədisdə isə belə deyilir: “Uca Allah şaban ayının orta gecəsində nazil olur və hər kəsi əfv edir. Yalnız müşrikdən və bir-biri ilə ədavət aparandan başqa.”

Şeytan islamın ilk üç əsrində Ərəbistan Yarımadasında ona ibadət olunmayacağına əmin olduqdan sonra, möminlər arasında çaxnaşma salmaqla kifayətləndi.

Məgər bu şəriət dəlilləri haqda düşündükdə bizə aydın olmurmu ki, şeytan üçün cəmiyyətdə Allaha şərik qoşmağı təbliğ etmək üçün qısa yol möminlər arasında ədavət, nifrət və ixtilafın olmasıdır?!

Əlbəttə, belədir!!!

Çünki ədavət və nifrətin mövcudluğu, cəhalətin əsas səbəbidir. Bu həmçinin müsəlmanların bir-birini didərək – bir-birinə kafir, bidətçi, fasiq deyərək, Peyğəmbərdən miras qalmış və məsuliyyəti ilə yükləndikləri böyük risaləni tərk etmələri ilə nəticələnir.

Digər xəbərlər