Qəm-kədərin əlacı – Şeyx Saleh bin Fovzan əl-Fovzan
5. 052 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Bəzi insanlar kədərləndikdə, əyləncə mərkəzlərinə və şou məkanlarına üz tuturlar. Amma əslində bu onların kədərini daha da dərinləşdirir. Əgər kədərlənən, qəm-qüssə içində boğulan insan Quran oxuyar, yaxud Quran dinləyər və zikr edərsə, qəmi kədəri çəkilər.
Bəzi insanlar isə qəm-qüssəsi çoxaldıqda özünü öldürür, intihar edir. Allah belə haldan qorusun!
O elə zənn edir ki, intihar onu bu sıxıntıdan xilas edəcəkdir. Amma əslində bu əməli onun kədərini daha da artırmış olur. Çünki intihar edən, cəhənnəmə gedəcəkdir. Allah bu haldan qorusun.
Demək o bu dərddən xilas olmadı.
Qəm-qüssənin çarəsi səbr sərgiləmək, Allahı zikr etmək, Quranı dinləmək və sünnəni öyrənməkdədir. Əsl əlac budur!
Əlac sənin qarşındadır. Lakin bir çox insanlar bu əlacdan məhrumdurlar. Onlar əlac olaraq bunun əksini edirlər – əyləncə mərkəzinə, şou məkanlara gedirlər. Onlar elə güman edirlər ki, bu yolla öz nəfsini rahatlamış olurlar.
Əslində isə bu əməli onun bəlasını çoxaldır və onu dinindən uzaqlaşdırır.