Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dubayda “ağıllı palma” “yetişdirilir” – FOTO

İyul 20
15:13 2015

Dubay şəhərində “ağıllı” palma ağacları “yetişdirilməsi” nəzərdə tutulur.

“Sələf Xəbər” İslam-today.ru-ya istinadən xəbər verir ki, Smart Palm şirkəti Dubay çimərliklərində “günəş palma”ları tikməyə başlayıb. Belə palmalardan bütün əmirlik ərazisində daha 103 ədəd tikilməsi planlaşdırılır. Bu qeyri-adi palmanın hündürlüyü 6 metr, sahəsi isə günəş panelləri ilə birlikdə 18 kvadrat metr təşkil edir.

Günəş işığı hesabına enerji ilə yüklənən, zahirən palma ağacına bənzəyən qurğu həm Wi-Fi siqnalı ötürür, həm də müşahidə kameraları ilə təhciz olunub. Bundan başqa bu ağac səyahətçilər üçün bələdçi və elektron soraq məlumatlarını özündə cəmləyir, həmçinin mobil cihazların batareyalarını doldurmaq imkanı yaradır.

Layihənin rəbəri Viktor Nelepa bildirib ki, artıq XXI əsrin palmaları insanları yalnız qida, kölgə və tikinti materialı ilə deyil, həm də daimi on-line əlaqə, enerji və imformasiya ilə də təmin edir.

Qeyd edək ki, belə bir palmanın tikilməsi heç də ucuz başa gəlmir. Bundan başqa, cihazın inşasının 3D çap üsulu ilə həyata keçirilməsi nəzərdə tutulub.

📷

Smart-Palm-654x308 _198609_44gg aef2b1f8-62b4-4e4b-90b0-bf74aa147970-medium

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər