Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“İŞİD hər ay neftdən 50 milyon dollar gəlir götürür”

Oktyabr 23
18:53 2015

“Xam neft 35, bəzən isə hətta 10 dollara satılır”.

“İŞİD terror xəvaric qruplaşması nəzarət etdiyi bölgələrdəki neftin satışından ayda 50 milyon dollar gəlir əldə edir”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İraq kəşfiyyatı məlumat yayıb.

Agentlik bildirir ki, bu rəqəmlər Amerika mütəxəssislərindən alınan məlumatlarla üst-üstə düşür.

Neftdən əldə edilən gəlirlər İŞİD terror xəvaric qruplaşması silahlılarının fəaliyyətinin maliyyələşməsində başlıca mənbədir. Adı açıqlanmayan amerikalı rəsmi nümayəndə bu məsələ ilə əlaqədar Türkiyə də daxil olmaqla, region ölkələri ilə danışıqlar aparıldığını bildirib.

Alıcıları İŞİD neftinin ucuz qiymətləri cəlb edir. Xam neft 35, bəzən isə hətta 10 dollara satılır.

İŞİD terror xəvaric qruplaşması tərəfindən də təsdiq edilən məlumatlara görə, hazırda Suriyanın terrorçuların nəzarətində olan ərazisində 253 neft yatağı var ki, onların da 160-dan çoxu işlək vəziyyətdədir. Nəticədə təkcə Suriyada bir günlük neft hasilatı 30 min barel, İraqda isə gündə 10-20 min barel təşkil edir.

Əsas alıcıların türkiyəli qaçaqmalçılar olduğu bildirilir. İraq kəşfiyyatının məlumatına görə, neftin bir qismi İraqın kürdlərin nəzarətində olan regionlarına da satılır. Qarşı tərəfdən isə bu ittihamlar təkzib edilib.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər