Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD lideri Bağdadinin ağır yaralandığı bildirilib

Oktyabr 12
15:49 2015

İŞİD terror xəvaric qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi hava zərbəsi nəticəsində ağır yaralanıb.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, Ənbarda İŞİD terror xəvaric qruplaşmasına qarşı döyüşən Sünni Şahvan Güclərinin komandiri Aşur əl-Mıhelavinin sözlərinə görə, Ənbarın Karabilə bölgəsində İŞİD liderinin avtomobil karvanına edilən hava hücumu nəticəsində Bağdadinin ağır yaralanması ilə bağlı kəşfiyyat məlumatları əldə olunub.

İraqın Daxili İşlər Nazirliyinin rəsmi internet saytında yayılan məlumata görə, ölkənin qərbindəki Ənbar vilayətində İŞİD terror xəvaric qruplaşmasının avtomobil karvanına endirilən hava hücumunda çox sayda terrorçu öldürülüb. Ancaq öldürülənlər arasında Bağdadinin olub-olmaması barədə dəqiq məlumat yoxdur.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Müslim)

Digər xəbərlər