Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İstanbulda İŞİD terrorçusu azərbaycanlı çıxıb

İyul 25
16:05 2015

Türkiyədə həbs edilən məşhur terrorçu azərbaycanlı imiş.

“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, “Əbu Hanzala” kod adlı Halis Bayuncuk əslən azərbaycanlıdır və 16 ildə onun adı müxtəlif terror təşkilatları, o cümlədən “Əl Qaidə”nin İstanbuldakı idarəçisi kimi hallanıb. Ramazan bayramında qılınan namazda İŞİD xəvaric terror qruplaşmasını təbliğ edən Halis cihada çağırışı ilə Türkiyəni də təhdid etmişdi.

Onun arvadı da həbs edilib. İŞİD xəvaric terror qruplaşmasının bəzi qaynaqlarda azərbaycanlı, bəzi mənbələrdə çeçen kimi təqdim edilən üzvü Abdulla Abdullayev də saxlanıb. Onlar Suriyaya döyüşçü göndərməkdə ittiham olunur.

Baş nazir Əhməd Davudoğlunun keçirdiyi toplantıda verilən qərardan sonra ölkədə kütləvi həbslər başlanıb. İŞİD, PKK və DHKP-C təşkilatlarına qarşı keçirilən əməliyyatlarda 297 nəfər saxlanıb.

Sələf Xəbər: Sələf Xəbər: Bu gün dünyanın bir çox yerlərində terror aktları törədən, haqq-hüquq tanımayan üzdəniraq “insanlar” İslama və müsəlmanların adına böyük ləkə vurmaqdadırlar. Bu günlərdə qardaş Türkiyədə baş vermiş terror hadisəsi, terror təhlükəsi və hədə-qorxuları bir müsəlman kimi hər birimizi kədərləndirməkdədir. Özlərini dünyaya “sələfi” kimi qələmə verib, lakin əslində əsl sələfilikdən heç bir əsər-əlaməti olmayan İŞİD xəvaric terror qruplaşması əsl İslamı boğmaq və İslam həqiqətlərini ləkələmək üçün bilərəkdən, yaxud bilməyərəkdən dəridən-qabıqdan çıxırlar.
Sələfilər, başda böyük alimlərimiz olmaqla bu kimi iyrənc əməllərə nifrət edir, belə əməl sahiblərini sərt şəkildə qınayırıq.
Həbs edilən Əbu Hanzala adlı şəxsin təkfirçi, xəvaric olması haqqında azərbaycanlı elm adamları sosial şəbəkələrdə dəfələrlə çıxış edib, onun radikal düşüncələrini də rədd ediblər.

XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər