Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Misirdə hotelə silahlı hücum olunub

Yanvar 09
16:45 2016

Misirin kurort şəhəri olan Hurqadada hoteldə silahlı insident baş verib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, naməlum şəxslər hotelə daxil olaraq atəş açıb.

Hadisə nəticəsində 3 turist yaralanıb. Polis hotelə hücum edən 3 silahlını məhv edib.

Kurort şəhərin bütün giriş-çıxışı polis tərəfindən nəzarətə götürülüb. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər