Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Nigeriyada məsciddə partlayışda 27 nəfər ölüb, 96 nəfər yaralanıb

Oktyabr 24
15:44 2015

Nigeriyanın Yola şəhərində məsciddə baş verən partlayış nəticəsində 27 nəfər ölüb, 96 nəfər yaralanıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, Adamava ştatının paytaxtında qeydə alınan partlayışı terrorçu-kamikadze törədib.

Bu, gün ərzində Nigeriyada törədilən sayca ikinci terror aktıdır. Səhər saatlarında Borno ştatının inzibati mərkəzi Mayduquridə terrorçu-kamikadze özünü partladıb. Hadisə nəticəsində 28 nəfər ölüb.

Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər