Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Pakistanın Pişəvər şəhərində məscidə silahlı hücum təşkil edilib

Fevral 13
20:47 2015

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Hayber-Pakthukva əyalət informasiya naziri Müştaq Qəninin məlumatına görə, Cümə namazı əsnasında həyata keçirilən hücumda 19 nəfər ölüb, 50 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, hücum edən şəxslər şiə məscidinə polis forması ilə girərək məscid növbətçilərinin üzərinə əl bombaları atıblar. Daha sonra fərq qoymadan hamıya atəş açmağa başlayan terrorçulardan biri isə təsadüfən özünü partladıb.

Hazırda məscidin içindəki terrorçularla hadisədən dərhal sonra hadisə yerinə gələn təhlükəsizlik qüvvələri arasında qarşıdurma davam edir.

Pakistan Baş naziri Navaz Şərif hücumu qınayan açıqlama verib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

Digər xəbərlər