Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

PKK terrorçuları Türkiyədə 5 silahlı hücum həyata keçirdi – VİDEO

Avqust 04
14:13 2015

PKK terror təşkilatı ötən gecə Türkiyənin müxtəlif bölgələrində 5 silahlı hücum həyata keçirib.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, terrorçular Bingöl vilayətinin Kığı qəsəbəsində yola basdırdıqları minaları hərbi maşın karvanının keçidi zaman partladıblar. Hadisə nəticəsində ölən və ya yaralanan olmasa da, zirehli avtomobillərdən birinə ciddi ziyan dəyib.

Diyarbəkir vilayətində tikintisi davam edən Silvan su anbarına raket atılıb. Raket işçilərin yeməkxanasına düşüb. Hadisə zamanı insan tələfatı olmayıb. Təhlükəsizlik qüvvələri əməkdaşları hücumçulara cavab atəşi açıb və atışma başlayıb. 15 dəqiqəlik atışmadan sonra terrorçular hadisə yerindən qaçıblar.

Vilayətin Qulp polis idarəsinə də raketli hücum olub. PKK terrorçularına cavab atəşi açılıb. Hələlik insan tələfatının olub-olmadığı məlum deyil.

Terrorçular Mardin vilayətinin Nuşaybin qəsəbəsində 1 yanacaq daşıyan avtomobil və 1 yük maşınını saxlatdıraraq, sürücüləri avtomaşınlardan endiriblər. Maşınlara od vuran terrorçular hadisə yerindən qaçıblar.

Hakkarinin Cukurca rayonunda isə Jandarm Komandanlığına atəş açılıb. Bütün bölgələrdə terrorçuların yaxalanması üçün bölgədə əməliyyata başlanıb.

🎬

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər