Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı neftin qiymətinin tezliklə qalxacağını bildirib

Yanvar 18
17:38 2016

“Karbohidrogenin qiyməti tezliklə artacaq, dünya bazarında vəziyyət isə stabilləşəcək. Bu, “qara qızıl” hasil edən ölkələr arasında əməkdaşlıq nəticəsində mümkün olacaq”.

“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Neft naziri Əli ibn İbrahim ən-Nuəymi bildirib.

Bununla yanaşı o, İran üzərindən qadağaların götürülməsinin neftin dəyərinə necə təsir edəcəyinə dair sualı cavablandırmaqdan imtina edib. Lakin nazirin fikrincə, Səudiyyə Ərəbistanı və Meksika karbohidrogen bazarında “xüsusi mühüm rol” oynaya bilər.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”. (Qurani-Kərim, “Hud” surəsi, 6-cı ayə)

“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizəolunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər