Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyənin Xarici İşlər Nazirindən mühüm açıqlama

Sentyabr 12
14:59 2015

“Sələf Xəbər”in Alarabiya.net-ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı XİN Adil əl-Cubeyr Suriya münaqişəsi başladıqdan sonra ölkəsinin suriyalılara göstərdiyi xidmətlər haqqında danışıb.

Səudiyyə Ərəbistanı XİN rəsmisi bildirib ki, Səudiyyə hökuməti çətin və acınacaqlı günlər yaşayan doğma Suriya xalqına göstərdiyi xidmətlər haqqında danışmaq istəmirdi. Çünki Suriyada münaqişə başlayan gündən ölkəmiz göstəriş və fəxr etmək üçün deyil, məhz dini və insaniyyət prinsiplərini əsas tutaraq mütəmadi olaraq öz yardımını etmişdir. Amma bu gün biz mediada əleyhimizə aparılan kampaniyanın səhv və əslən yalnış olduğunu bildirmək üçün etdiyimiz yardımları rəqəmlərlə açıqlamağa məcbur olmuşuq.

Rəsmilər bildiriblər ki, Suriya münaqişəsi başlayan gündən biz 2,5 milyon suriyalı qaçqını qəbul etmişik. Onlar özlərini qaçqın kimi deyil, azad hüquqlu və qürurlu hiss etsinlər deyə, onları qaçqın şəhərciklərində yerləşdirməmişik, ölkə daxilində yaşamağa sərbəstlik vermişik.

Həmçinin yüz minlərlə suriyalıya müvəqqəti oturum icazəsi də verilmişdir. Onlar bu yolla ölkə daxilində işləyə və təhsil ala bilirlər. Bu məsələ 2012-ci ildə krallığın əmrində öz həllini tapmışdır. Qərara əsasən krallıq ərazisindəki məktəblər suriyalı şagirdləri məktəblərə qəbul etməlidir. Bu qərar nəticəsində bu gün yüz minlərlə suriyalı uşaq orta məktəblərdə təhsil alır.

Səudiyyə Ərəbistanı, həmçinin İordaniya, Livan və digər qonşu ölkələrdə sığınacaq tapmış milyonlarla qaçqına həmin ölkənin rəhbərliyi vasitəsi ilə maddi və texniki yardım göstərmişdir.

Rəsmi mənbə qeyd edir ki, bu vaxta qədər ölkə xaricində sığınacaq tapmış suriyalılara yardımı 700 milyon dollar civarındadır. Beynəlxalq təşkilatlar da bu rəqəmi təsdiq edirlər.

Humanitar yardımlar qida, səhiyyə, sığınacaq və təlim sahəsində edilmişdir. Müxtəlif qaçqın düşərgələrində, ələlxüsus İordaniyanın Zəətəri qaçqın düşərgəsində Səudiyyə poliklinikaları qurulmuşdur.

XİN bildirib ki, Səudiyyə Ərəbistanı Suriya xalqına humanitar yardım edən ölkələrin daim önündə olacaqdır:

“Heç kəs bu işdə bizdən öndə ola bilməz, nə də heç kəs bizim bu istiqamətdə göstərdiyimiz xidmətlərə heç bir vəchlə kölgə sala bilməz”.

Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də qardaşdırlar”. (Qurani-Kərim, “Hucurat” surəsi, 10-cu ayə)

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Möminlər biri-birlərini sevməkdə, biri-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar”. (Müslim, Buxari)

Digər xəbərlər