“Taliban”a qarşı əməliyyat
1. 043 dəfə baxılıb
hafta.az xəbər verir ki, Pakistanda “Taliban”a qarşı quruda əməliyyat başladılıb.
Pakistan Silahlı Qüvvələrinin, Şimali Vəziristanda “Taliban” silahlılarına yönəldilmiş hava hücumlarının ardından, hərbi dəstələr qurudan Mir Ali və Miranşah bölgələrinə girib.
15 Taliban üzvünün öldürüldüyü əməliyyatlarda çoxlu miqdarda sursat və partlayıcı maddə ələ keçirilib.
Sələf Xəbər: Xatırladaq ki, İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları məhv edərək zərərsizləşdirməyi əmr edir!
9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərində birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir. Bu hədislərin birində deyilir:
“Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən
xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürən Qiyamət günü Allahdan mükafat vardır”. (Muslim).Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı dövlət və dövlət başçısı güc metodlarını tətbiq edə bilər.
Məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).