Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Tunisdə muzeyə basqın edilib

Mart 19
17:00 2015

Hadisədə 21 nəfər həlak olub və xeyli yaralı var.

Tunisin Bardo Muzeyində turistləri girov götürən silahlılar ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, hadisədə 21 nəfər həlak olub. Təhlükəsizlik orqanlarının verdiyi məlumata görə, Tunis parlament binasına bitişik Bardo Muzeyinə girən 2 silahlı içəridəki turistləri girov götürüb.

Təhlükəsizlik orqanlarının əməkdaşları muzeyin olduğu bölgəni və parlament binasını təxliyə ediblər. Muzeyin içindən olduğu iddia edilən fotoşəkillər “Twitter” platformasında paylaşılıb.

Hadisə ilə bağlı başqa məlumat verilməyib.

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər