Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə jurnal ofisində partlayış baş verib – FOTO-VİDEO

Mart 26
18:46 2015

İstanbulda “Addımlar” jurnalının ofisində partlayış olub.

“Sələf Xəbər”in Teleqraf.com-a istinadən xəbərinə görə, hadisə nəticəsində bir nəfər həlak olub, 3 nəfər yaralanıb.

Azadlıq məhəlləsi, Dr. Cəmil Bengü küçəsindəki 6 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən ofisdə yerli vaxtla saat 19.45 baş verən partlayışın səbəbi bəlli deyil.

Partlayış nəticəsində ofisin olduğu mərtəbədə divarlar çöküb, ətrafdakı ev və iş yerlərinin şüşələri qırılıb.

Hadisənin ardından xilasetmə qrupları jurnalın ofisində araşdırma apararkən Ünsal Zor adlı şəxsin meyidini aşkar edib. Partlayış zamanı yaralanan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

🎬

📷

 28511392 28511393 28511412

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər