Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Vahid Ərəb Ordusu yaradıldı

Mart 31
10:02 2015

Ərəb ölkələri Vahid Ordunun yaradılması ilə bağlı qərar qəbul edib.

Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələrinin aviazərbələri Yəməndə “silahlı üsyançıların silahları atıb təslim olanadək” davam edəcək.

“Sələf Xəbər” Ölkə.az-a istinadən bildirir ki, bu barədə Ərəb Liqası dövlətələrinin Misirin Şarm-əl-Şeyx şəhərində başa çatan sammitində qəbul edilən birgə bəyannamədə deyilib.

Ərəb ölkələrinin rəhbərləri, həmçinin Vahid Ərəb Ordusunun yaradılması barədə qərar da qəbul edib. Bu addım koalisiya ölkələrinə Yəməndə daha genişmiqyaslı əməliyyatlar həyata keçirməyə imkan verəcək.

Associated Press-in məlumatına görə, Vahid Ərəb Ordusu 40 min əsgərdən, döyüş gəmilərindən ibarət olacaq.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər