Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Günəş və ay tutulması

Fevral 08
16:17 2017

Günəş və Ay Allahın yaratdığı məxluqlardan biridir. Bu məxluqlar Allahın əmri ilə ram edilmiş və bu əmrdən çıxmırlar. Uca Allah hər kəsin asanlıqla müşahidə etdiyi bu məxluqları vasitəsi ilə bəzən insanları Allahı xatırlamağa məcbur edir.

Buxari (1041) və Muslim (911) Əbu Məsud əl-Ənsaridən (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Günəş və ay Allahın məxluqlarındandır. Uca Allah bunlarla bəndələrini agah edir. Onlar kiminsə ölümünə görə tutulmur. Əgər siz tutulma müşahidə etsəniz, tutulma yekunlaşana qədər namaz qılın, dua edin.”

Buxari (1059) və Muslim (912) Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edir: “Günəş tutulmuşdu. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) qiyamət qopurmuş kimi həyəcanlı halda qalxıb məscidə gəldi, heç vaxt etmədiyi qədər uzun-uzadı qiyam, rüku və səcdə ilə namaz qıldı və sonra dedi: “Allahın bizə göstərdiyi bu hadisələr kiminsə ölümü və ya yaşaması ilə baş vermir. Uca Allah bununla bəndələrini agah edir. Belə halla qarşılaşdıqda Allahı zikr edin, dua oxuyun və bağışlanma diləyin.”

Hafiz İbn Həcər (Allah ona rəhmət etsin) bu hədisin şərhində deyir: “Hədisin məzmunundan belə anlaşılır ki, bu halda mütləq Allaha ibadət etmək lazımdır. Qorxu anında Allaha dua etmək və bağışlanma diləmək günah işləməkdə səhlənkarlığa yol verməyi bağışlayır. Nəticədə isə qorxulacaq işin bağışlanacağına ümid edilir. Çünki günahlar ya bu dünyada, ya da axirətdə müsibətlərə və cəzanın baş verməsinə səbəbdir.” (Fəthul Bari: 2/534).

Əsrimizin görkəmli alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) demişdir: “Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) nəql olunan səhih hədisdə deyilir ki, günəş və ay tutulması Allahın bəndələrinə etdiyi xəbərdarlıq və bu məxluqların nə qədər önəmli olmasını bildirməkdir. Bu məxluqlarla insan Allahdan qorxmalı, onu zikr edib itaət nümayiş elətdirməli: namaz qılmalı, zikr etməli, sədəqə verməli və Allahın əzabından qorxmalıdır.

Tutulmanın hesablama yolu ilə əvvəlcədən məlum olması, bunun uca Allah tərəfindən xəbərdarlıq olmasına ziddiyyət təşkil etmir. Bu hadisələrin yaradıcısı Allahdır. Günəş və ay müəyyən vaxtda batıb-çıxır, ulduzlar və digər məxluqlar da onlara xas olan xətt üzrə hərəkət edirlər. Bütün bunlar Allahın yaratdığı məxluqlardır. Astroloqlar ay tutulmasını müəyyən səbəblər vasitəsi ilə əvvəlcədən müəyyən edirlər. Bu da Allahın yaratdığı səbəblər olduğu üçün, bunun Allah tərəfindən bəndələrinə xəbərdarlıq olmasına zidd deyil. Günəş, ay, ulduzlar, isti, soyuq və digərləri Allahın yaratdığı məxluqlardır. Uca Allah bunlarla bəndələrinə Ona asi olmamaq, itaətkar və düz yol yolçusu olmaq, haram işlərdən əl çəkmək barədə xəbərdarlıq edir.” (Məcmu Fətava İbn Bəz: 30/289-290).

Əsrimizin müdrik alimi Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir: “Günəşin tutulması Allahın bəndələrinə xəbərdarlığıdır. Tutulma əzab deyil, sadəcə olaraq xəbərdarlıqdır. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Bununla Allah bəndələrini qorxudur.” Burada demir ki, bəndələrini cəzalandırır. Bu sadəcə qorxutmadır. Biz bu qorxutmanın arxasında nə olduğunu bilmirik. Ona görə də Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir ki, “tutulma gördükdə Allahı zikr etməyə tələsin.” Hədisdə sadəcə durun namaz qılın, zikr edin demədi, dedi ki, tələsin. Allahı zikr etməyə və bağışlanma diləməyə tələsin. Təkbir edin, sədəqə verin, namaz qılın. Bütün bunlar tutulmanın nə qədər böyük hadisə olduğunu bildirir.
Tutulmanın iki səbəbi vardır:
Birinci: Qorxutma. Günahları çoxalan insanları qorxudur.
İkinci: Yaradılış səbəbi. Məsələn günəş tutulmasında ayın günəş ilə yerin arasında yer almasıdır. Uca Allahın təbii hadisələrlə bəndələrini qorxutması mümkündür.” (Liqa əl-Bab əl-Məftuh: 15/4-5)

Bütün bu səbəbləri əsas tutaraq müsəlmanlar günəş və ay tutulması hallarında küsuf (günəş tutulması) və xüsuf (ay tutulması) namazı qılırlar. Uzun-uzadı qılınan bu namazda müsəlman Allaha dua edir, bağışlanma diləyir, Allahın verdiyi nemətlərə görə şükr ifadə edirlər.

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb

Digər xəbərlər

ARXİV

Noyabr 2017
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
27282930