Şeyx Süleyman Ruheylinin ölkə başçısına münasibət məsələsində şübhələrə cavabı – VİDEO
9. 999 dəfə baxılıb
Mədinə şəhərinin böyük alimlərindən olan Şeyx Süleyman Ruheylinin ölkə başçısına münasibət barədə olan çıxışı.
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Hörmətli şeyx, sual verən deyir ki, Allah sizdən razı olsun. Bəzi elm iddia edənlər deyirlər ki, ölkə başçısı müsəlman olsa da, belə qeyri-şəri (qanuni) başçı sayıla bilər. Biz Allahın nazil etdiyi ilə hökm verməyən və çoxlu günahları olan müsəlman başçını təkfir etmirik.
Bununla yanaşı onu şəri başçı da saymırıq və ona olan itaəti Allahın itaətindən və Allaha yaxınlaşdıran ibadətdən də saymırıq. Bu başçıya yalnız qeyri-müsəlman başçıya itaət edildiyi kimi məsləhə (fayda) baxımından itaət edirik. Bu fikri iddia edənlər deyirlər ki, bu fikir əhli sünnənin fikridir.
Biz onları inkar edərək bu sözlərini bidət saymalıyıq, yoxsa susmalıyıq?
Şeyx: “Şeytan insana təkcə bir yoldan yaxınlaşmır. Şeytan Uca Rəbbimizin qarşısında demişdir ki, “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (Müqəddəs Quran, “Əraf” surəsi, 16-17-ci ayələr)
Şeytan insana çoxlu saylı yollardan yaxınlaşır. Bu yollardan biri də şeytanın bəzi insanlara xoş göstərərək onlara hakimiyyətin müsəlman başçı üçün bərqərar olaraq tamamlandıqdan sonra, itaəti vacib olan şəri başçı sayıldığına görə deyil, xeyir güdmək baxımından itaət olunur deməsidir.
Çünki bəzi insanlar vardır ki, başçını təkfir etməyi qəbul etmir. Lakin, ona deyilərsə ki, – “bu başçı müsəlmandır. Onu təkfir etməkdən Allaha sığınırıq. Müsəlmanların qeybətini etməkdən Allaha sığınırıq. Buna baxmayaraq o şəri hakim deyildir. Çünki onun günahları var. Çünki o, şəriətlə hökm vermir”. Deyirik ki, məsələnin kökünə əks olan bu söz bidət sözlər cinsindəndir. Əhli sünnə vəl cəməa ittifaq etmişdirlər ki, kimin İslamı və hakimiyyəti sabit olarsa, Uca Allaha asi olmaq xaricində ona itaət etmək vacibdir. Çünki o, müsəlmanların əmr sahibi sayılır.
Əhli sünnə demir ki, kimin hakimiyyəti və İslamı sabit olarsa ona səhabə, Allahın övliyası və s. deyilir. Hər bir insan öz əməlinə cavabdehdir. Lakin onlar hakimiyyət baxımından deyirlər ki, o, Allah Təalaya asilik xaric, itaəti vacib olan müsəlman hakimdir. Namus və şərəfi müdafiə olunmalı, səhvləri və ayıbları yayımlanmamalıdır. Hətta o ayıblar onun geyim və danışıq tərzində olsa belə. Çünki başçıya edilən təzim Allaha edilən təzimdəndir.
Başçının heybətini itirməyə çalışmaq isə bidət əhlinin yolundandır. Əhli sünnə vəl cəməa daha da irəli gedərək deyir ki, başçının hakimiyyətə gəlməsi şəri yolla olmasa belə, hakimiyyətə gələr və hakimiyyət onunla və onun üçün bərqərar olarsa, onun hakimiyyəti şəri sayılar. Əgər bir insan hakimiyyətə qılıncla gələrsə, ona qılıncla hakimiyyətə gəlməsi icazəli deyildir. Lakin gələrsə, başçı olarsa və iş onun üçün bitərsə, hakimiyyəti və hökmü şəri olar və Allah Təalaya asilik xaric o başçıya itaət etmək vacib sayılar.
Əhli sünnə vəl cəməa bu söz üzərində ittifaq etmişdirlər. Fərqi yoxdur desək ki, kökündən bu məsələdə ixtilaf olmamışdır, yaxud da ilk əsrdə təvil ilə ixtilaf olmuş və sonra isə bu ixtilaf aradan qalxaraq bu məsələnin üzərində Əhli sünnə vəl cəməanın ittifaqı olmuşdur.
Deməli, Əhli sünnə vəl cəməanın icması ilə müsəlmanlardan olan bir kəs müsəlmanlar üçün başçı olar və hakimiyyət onun üçün tamamlanarsa, o şəxs, Allaha asilik xaric, itaət edilməsi vacib olan müsəlman başçı sayılar. Bəzi insanların təfsilatlar verərək onları Əhli sünnə vəl cəməata nisbət etmələrinə gəldikdə isə, o təfsilatın nə dəlili vardır, nə də ki, Əhli sünnə vəl cəməanın bu məsələnin kökünü qoymaqda məşhur olan keçmiş və indiki alimlərinin rəyi.”