Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Sələfilər itaətdə ifrata varırmı? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

Oktyabr 05
18:24 2017
🎬

📥Yüklə (3.6 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Bəziləri deyirlər ki, Allaha asilik olmayan işlərdə rəhbərə itaətə və gizlidə nəsihət etməyə çağırış edənlər, itaətdə həddini aşanlardır və bu, rəhbərlər barəsində ifrata varmaqdır.

Bu, birbaşa Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) qarşı ittihamdır. Hətta uca və nöqsansız Allaha qarşı da ittihamdır. Uca Allah buyurur: “Ey iman gətirənlər, Allaha itaət edin, onun elçisinə itaət edin, eləcə də aranızdan olan əmr sahiblərinə.”

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) isə belə demişdir: “Belindən vursa, malını əlindən alsa da, rəhbəri eşit və itaət et.”
“Kim rəhbərə itaət edərsə, mənə itaət etmiş sayılır. Kim rəhbərə asi olarsa, mənə asi olmuş olur.”

Elə çıxır ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) də eşidib itaət etmək mövzusunda “ifrata” varıb?!

Allahdan salamatlıq diləyirik.

Digər xəbərlər