Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ani ölüm – Şeyx Saleh əl-Fovzan

Noyabr 08
19:01 2017
🎬

📥Yüklə (3.1 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Axır zamanda ani ölüm hadisələri çoxalacaqdır. Baxırsan ki, adam rahat, sağlam və gəncdir, sonra anidən dünyasını dəyişir. Səbəb isə yol qəzası, ürək tutması, yaxud hansısa ani səbəbdir. Bu hal olduqca çoxdur və siz də bunun şahidi olur, eşidirsiniz.

Buna görə də biz daha çox tövbə etməli, Allahdan bağışlanma diləməli, axirət yurdunu, ölümü, haqq-hesabı unutmamalıyıq. Sonra qiyamət günü gəldikdə əməllərimiz tərəzidə ölçüləcəkdir.

“Kimin tərəziləri ağır gələrsə” yəni, yaxşı əməlləri çox olarsa, “Nicat tapanlar onlardır”. “Kimin tərəziləri yüngül gələrsə…” yəni, pis əməlləri yaxşı əməllərindən çox olarsa, “Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar.” (əl-Muminun: 103).

Onlar mal-dövlətlərinə deyil, məhz özlərinə ziyan edənlərdir. Onların cəzası cəhənnəmdir. Onlar üçün cəhənnəm bir-iki günlükdür?! Xeyr, əbədidir. Onlar orada əbədi qalacaqlar.

Gücümüz və qüdrətimiz yalnız Allaha aiddir.

Digər xəbərlər