İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Cəmiyyətdə heç kim toxunulmaz ola bilməz”
663 dəfə baxılıb
“Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Mən bu məsələlərlə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, müvafiq göstərişlər verilib”.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev (Allah onu qüvvətləndirsin) bu sözləri noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimindəki nitqində bildirib.
Dövlətimizin başçısı deyib: “Burada biz öz işimizi üç istiqamət üzrə davam etdirməliyik. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri görülür və görüləcək. Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizdən hər kim bir pislik görsə, əgər gücü çatırsa, əli ilə düzəltsin. Çatmazsa, dili ilə düzəltsin. Onu da edə bilməzsə, heç olmazsa qəlbi ilə buğz etsin. Lakin bu, imanın ən zəif mərtəbəsidir”. (Tirmizi)