Sələf Xəbər


SUAL-CAVAB

 Son Xəbərlər
  • Mart ayı üçün SUAL-CAVABBismilləhir Rahmənir Rahim Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu! Dəyərli oxucularımız “Sələf Xəbər” saytı Mart ayı üçün [...]
  • Fevral ayı üçün SUAL-CAVABBismilləhir Rahmənir Rahim Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu! Dəyərli oxucularımız “Sələf Xəbər” saytı Fevral ayı üçün [...]
  • Yanvar ayı üçün SUAL-CAVABBismilləhir Rahmənir Rahim Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu! Dəyərli oxucularımız “Sələf Xəbər” saytı Yanvar ayı üçün [...]
  • Dekabr ayı üçün SUAL-CAVABBismilləhir Rahmənir Rahim Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu! Dəyərli oxucularımız “Sələf Xəbər” saytı Dekabr ayı üçün [...]
  • Noyabr ayı üçün SUAL-CAVABBismilləhir Rahmənir Rahim Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu! Dəyərli oxucularımız “Sələf Xəbər” saytı Noyabr ayı üçün [...]

Sentyabr ayı üçün SUAL-CAVAB

Oktyabr 02
19:57 2015

Bismilləhir Rahmənir Rahim

Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu!

Dəyərli oxucularımız saytımız sizin suallarınızı qəbul etməkdən və onları cavablandırmaqdan qürur hissi duyur və uca Allahdan bu əməyin faydalı etməsini arzu edirik.

Yeni fəaliyyətə başlamış sual-cavab bölməsi ilk addım olaraq saytımızın redaksiyasına ünvanlanan ilk sualların cavablarını sizə təqdim edir.

SUAL – 001

Sual: Əssləmu aleykum,Allah təala sizdən razi olsun,bu layihənizi ugurlu və bərəkətli etsin,xalqımız ucun faydalı etsin.
Sualım islam huququ ilə elaqedardir.
Melum oldugu kimi,destemaz alarkən mueyyen şəertlərlə xuff ve ya corablara məsh cəkmək,şəriətimiz tərəfindən icazəlidir.Bəzi alimlər,müəyyən şərtlər qoymuşlar corab barədə.Bilindiyi kimi bu məsələ ixtilaflıdır.
Cox şərtlərin isə dəlili yoxdur.Yalnız kitabların birində İmam Əl Kasani (Hənəfi alimlərindən)\”Badai Əssanai əsərində qeyd edirki,\”Əgər corablar nazik və şəffafdırsa \”icma\” ilə belə corabların üstünə məsh çəkmək omaz\”. Alimin nazik və şəffaf sözünü nücə başa düşmək lazımdır.
Bu bizm yay mövsümündə hal-hazırda istifadə etdiyimiz corab anlayışına uyğun olan və yalnız nazik olan corablara aiddirmi? Ümumiyyətlə bu məsələdə icma mövcuddurmu. Allah sizdən razı olsun. Əssələmu aleykum.

Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Etdiyiniz gözəl dualara görə təşəkkür edirik, Allah sizdən də razı olsun.

Əvvəlcə onu deyə bilərik ki, Usul əl-Fiqh elmində İcma məfhumu təxmini məna daşıyır. Yəni, bəzi alimlər icma deyərkən bütün elm adamlarını deyil öz məzhəblərini nəzərdə tuturlar.

Corabların üzərinə məsh çəkmək məsələsi barədə fiqh alimləri ixtilaf ediblər. Fiqhi məzhəblər məsh çəkmək icazəli olan corabın keyfiyyəti barədə müxtəlif fikirlər söyləyiblər.
Malikilərə görə corab dəridən olmalıdır.
Hənəfilərə və Şafiilərə görə corab qalın olmalıdır.
Hənbəlilərə görə isə corabın qalın və ya nazik olması fərq etmir, hər halda məsh çəkmək olar.
Bu rəylərin hər birinin də öz əsası vardır.

Ona görə məsələdə hamı tərəfindən qəbul edilmiş icma vardır demək düzgün deyil. Çünki fakt budur ki, məzhəblər bu məsələdə ixtilaf ediblər.
Corabın necəliyindən asılı olmayaraq onun üzərinə məsh çəkməyin icazəli olmasını bilmək üçün Əbu Davudun “əs-Sünnən” əsərindəki hədisə (159) və onun “Ovnul Məbud” adlı şərhinə (1/186) baxmaq olar. Həmçinin Tirmizinin “əs-Sünən” (99) və şərhi “Tuhfətul Əhvazi” (1/276) kitabına baxmaq olar. Həmçinin İbn əl-Qeyyimin Əbu Davudun Sünən kitabına yazdığı şərhlərə (1/271) də baxmaq olar.

Bu mövzuda yazılmış ən yaxşı əsər Cəmaləddin əl-Qasiminin (Allah ona rəhmət etsin) “Corablara məsh etmək” adlı kitabıdır.
Bizim qənaətimiz budur ki, bu gün yay fəsilində ayağımıza geyindiyimiz yay corablarına məsh etmək icazəlidir.
Daha doğrusunu Allah bilir.

SUAL – 002

Sual: Salam aleykum. Sualim beledirki eger qardawima borc veriremse mutleqdirmiki shahidlerin iwtiraki ile borc yazilsin? Allah sizden razi olsun!!!

Cavab: Va aleykumus salam!
Borc verərkən onu yazmaq əvvəlcə Quran ayəsi ilə vacib edilmiş, daha sonra isə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədisi ilə nəsx edilərək müstəhəb hesab edilmişdir.
Ona görə də siz borc verərkən onu yazmaq məcburiyyətində deyilsiniz.
Amma yazsanız daha yaxşı olar.
Daha doğrusunu Allah bilir.

SUAL – 003

Sual: Assalamu aleykum. Bilmek isterdim secdelerde istediyim dualari ede bileremmi, yeni ailem, ezizlerim ve s. uchun, yoxsa secdede edilecek xususi dualar var?
Allah razi olsun!

Cavab: Va aleykumus salam!
Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) buyurub ki, “sizin Rəbbinizə ən yaxın məqamının səcdədir və orada çoxlu dua edin”.
Bu əsasla siz istənilən səcdədə, istədiyiniz duanı edə bilərsiniz.
Daha doğrusunu Allah bilir.

SUAL – 004

Sual: Esselamu aleykum ve rahmetullah.kurban bayrami namazi hukmu nedir bayram namazi kilmadan kurban kesilirmi

Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu
Kişilər üçün bayram namazı vacibdir və hər bir müsəlmanın bayram namazına getməsi zəruridir. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bayram namazına çıxarkən hər kəsin namaza gəlməsini tələb edərdi və bu da öz növbəsində bu ibadətin vacib olmasını bildirir.
Daha doğrusunu Allah bilir.

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb

Digər xəbərlər