Şeyx Fovzan: İmam Əhməd və İbn Teymiyyə terroru dəstəkləyirmi?! – VİDEO
1. 718 dəfə baxılıb
Bismilləhi-r-Rahməni-r-Rahim
Mərhəmətli və rəhmli Allahın adı ilə
Muhəmməd peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Kim bir mömində olmayan bir şeyi onun haqqında iddia edərsə, özünə bəraət qazandıracaq sübut gətirənə qədər Allah onu cəhənnəm bataqlığında həbs edər.”
Bu gün pislik üzərinə pislik toplayan və özlərini “ən düzgün müsəlman” adlandıran, əslində isə düzgünlükdən bixəbər olan, haqq yoldan uzaqlaşıb azmış olanlar İslam dünyasının ən görkəmli şəxsiyyətlərinə qarşı ən iyrənc iftira ilə çıxış etməkdən heç olmasa utanmırlar – təbii ki, utanmaq həyalı insanlara aid xüsusiyyətdir. Hərçənd onlarda azacıq həya olsaydı dediklərinə və etdiklərinə diqqət edərdilər. Utanmamaqla yanaşı heç olmazsa ürəklərində səmimi Allah qorxusu və Allah sevgisi olsaydı alimlərin adından yalan danışmaz, onların sözlərini yüz yerə yozmazdılar.
Terrorizmin tüğyan etdiyi bir vaxtda bəziləri etdikləri terrora don geydirmək üçün İmam Əhməd və İbn Teymiyyə kimi görkəmli İslam alimlərinin adından istifadə etməyə çalışırlar.
Amma şükürlər olsun ki, uca Allah öz mərhəməti ilə bizə alimləri lütf etmişdir.
Görəsən bu gün alimlərin adından yalan danışanlar qiyamət günü cəhənnəm bataqlığından necə çıxacaqlar?!
Günümüzün böyük elm adamı, görkəmli alimi Şeyx Saleh Fovzana böhtanla dolu belə bir sual ünvanlayırlar. “Ölkəmizdə terror törədənlər iddia edirlər ki, bu gün baş verən partlayışlar İmam Əhməd və Şeyxülislam İbn Teymiyyənin dediklərinin davamıdır…”
Görkəmli alimin bu suala olan cavabını aşağıdakı video görüntüdə sizlərə təqdim edirik.
Uca Allahdan xalqımız üçün hidayət diləyir, onlara əmin-amanlıq, xeyirli ömür arzu edirik.
SelefXeber.az saytının YouTube kanalına abunə olun
“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb