ABŞ-İŞİD əlaqələri – Şok faktlar
1. 432 dəfə baxılıb
ABŞ İŞİD terror xəvaric qruplaşması üçün etibarlı bölgə yaradır və bununla da kifayətlənməyərək terrorçulara hərbi təlim keçir.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu fikir “Haber7” saytının yazarı Taha Dağlının bugünkü yazısında yer alıb.
Onun sözlərinə görə, “ABŞ İŞİD-i dəstəkləyirmi?” sualına hazırda bütün dünya cavab axtarır. Yazar Rusiya xarici işlər naziri Sergey Lavrov, Şimali İraq kürd regional rəhbərliyinin Peşmərgə gücləri və İranın bu məsələ ilə bağlı mövqeyinə diqqət çəkir. Onların hər üçü də Amerikanın İŞİD terror xəvaric qruplaşmasını qoruduğuna iddia edir.
“İlk olaraq Peşmərgə “Biz İŞİD terror xəvaric qruplaşmasına hücum etmək istəyirik, amma Amerika bizə maneə olur” dedi. Sonra iranlılar danışdı. İran parlamentinin milli təhlükəsizlik komissiyasının başçısı Alaaddin Burucerdi “İŞİD terror xəvaric qruplaşması ABŞ-ın qeyri qanuni uşağıdır” dedi. Ardınca ruslar danışdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “ABŞ İŞİD terror xəvaric qruplaşmasının mövqelərinin bilir, amma bombalamır” söylədi. Hesab etmək olar ki, İran və Rusiyanın ABŞ-İŞİD əlaqələrinə dair iddiaları onların maraqlarına cavab verir. Çünki ikisinin də ABŞ-ı günahlandırmaq üçün özlərinə aid bir çox səbəbləri var. İkisinin də Suriya və İraq mövzusunda ABŞ-la ciddi fikir ayrılıqları var. Amma Peşmərgə güclərinin ABŞ-İŞİD əlaqələrinə dair göstərdikləri səbəblər daha konkret idi”, – yazıda qeyd edilib.
Peşmərgənin məlumatına görə, Suriyanın Rakka və İraqın Mosul şəhərləri arasındakı avtomobil yolunda İŞİD terror xəvaric qruplaşmasının TIR-ları çox rahat şəkildə hərəkət edirlər. Peşmərgə Sincar bölgəsindən keçən quru yolunun bir neçə yüz metrliyində yerləşir. Ancaq Peşmərgə İŞİD terror xəvaric qruplaşmasının TIR-larına müdaxilə edə bilmədiyini söyləyir. Çünki Peşmərgə TIR-ları dayandırmaq istəyəndə, ABŞ “müdaxilə etməyin, çünki o bölgədə biz əməliyyat həyata keçiririk” deyərək TIR-ların dayandırılmasına maneə olub. Halbuki həmin yolda heç bir əməliyyat keçirilmir. İŞİD terror xəvaric qruplaşmasının İraqdakı qalası Mosul ilə Suriyadakı qərargahı Rakka arasında yolda terrorçular və silah daşıyan TIR-lar əvvəlki kimi hərəkət edirlər. Yəni ABŞ həmin bölgədə İŞİD terror xəvaric qruplaşmasının rahat şəkildə hərəkət etməsinə imkan yaradır.
Taha Dağlı qeyd edir ki, ABŞ-İŞİD əlaqələrinə dair digər konkret məlumatlar da var: “Kanadada yerləşən düşüncə mərkəzi “Qlobal Research” ABŞ-İŞİD əlaqələrinə dair bir çox sənədi ortaya qoyub. ABŞ-ın yaratdığı etibarlı bölgə sayəsində İŞİD terror xəvaric qruplaşması bir gecədə Mosulu aldı və Suriya-İraq sərhədində nəzarəti ələ keçirdi. Bu bölgə, Suriya və İraqın ən əhəmiyyətli neft ehtiyatlarının olduğu bölgədir. Bundan başqa, keçmiş İŞİD terror xəvaric qruplaşmasının üzvünün danışdıqları da ABŞ-İŞİD əlaqələrini açıq şəkildə ortaya qoyur. Gulmurod Xalimov adlı Tacikistan vətəndaşı özünə şəxsən ABŞ kəşfiyyatının yaratdığı qurum tərəfindən təlim verildiyini deyib”.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.