ABŞ İŞİD-i de-fakto leqallaşdırır – TƏHLİL
930 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması şəbəkəsinin adının oturuşmuş dövlətlər siyahısında yerləşdirilməsi Dövlət Departamentinin bəşəriyyət üçün hazırladığı təhlükəli proqramlarından xəbər verir.
“Azadlıq”ın “təxribatı”
Dövlət Departamentinin təhlükəli siyasəti
“Azadlıq” radiosu ABŞ Dövlət Departamentinin iyunun 25-də açıqladığı hesabatın ictimai rəyə təsir imkanlarını artırmaq üçün qəribə metod seçdi. Qeyd edilən tarixdə radionun internet səhifəsində hesabatın ilk təqdimatı bu cümlələrlə başladı: “İŞİD, Çin, Rusiya, İran, Azərbaycan sərt tənqid olundu. ABŞ Dövlət Departamenti açıqladığı hesabatda “İslam Dövləti” (İD) qruplaşmsı yaraqlılarını, Rusiya, İran və Azərbaycan hökumətlərini insan haqları pozuntularına görə ön sırada göstərdi”. (http://www.azadliq.org/content/article/27090349.html)
Azərbaycanın insan haqlarının vəziyyətinə görə guya İran, Rusiya və Çinlə, hətta İŞİD terror xəvaric qruplaşması eyni sırada durması ən passiv vətəndaşda da qıcıq yaratmalı və hər kəsi hakimiyyətə qarşı olmaq ovqatına kökləməli idi. Düzdür, hesabatın orijinal versiyası ilə tanışlıq bu təqdimatın kökündən yanlış olduğunu göstərdi. Məlum oldu ki, sənədin preambula hissəsində, o cümlədən, Dövlət Departamentinin rəhbəri Con Kerrinin hesabat nitqində xüsusi təhlükəli duruma malik olan ölkələrin adları sadalansa da, bu hissələrdə Azərbaycanın adı ümumiyyətlə çəkilməyib. (http://www.state.gov/j/drl/rls/hrrpt/humanrightsreport/#wrapper)
Azərbaycanın adı hesabatın fərqli fəsillərində yerləşdirilib haqlı-haqsız tənqidlərlə bəzədilsə də, onun İŞİD terror xəvaric qruplaşması ilə bir cərgədə yerləşdirilməsi kimi absurd iddiaya cəhd edilməyib. Həmçinin, vəziyyətin xüsusi təhlükəli olduğu dövlətlər siyahısında da Azərbaycanın adı yoxdur. Amma “Azadlıq” radiosunun da ABŞ Konqresinin orqanı olması faktı, məlum təxribatın təsadüfdən yaranmaması ehtimalını gücləndirir. Yol verilmiş təxribat ilk nəzərdən Azərbaycana qarşı yönəlmiş kimi görünsə də, məsələnin mahiyyətində daha qlobal planın gizləndiyini görmək olar.
İŞİD terror xəvaric qruplaşmasını leqallaşdırmaq cəhdi
ABŞ Dövlət Departamenti insan haqlarının durumuna dair hesabatlarla yanaşı, əlahiddə olaraq dünyanı təhlükəyə sürükləyən terror təşkilatlarının da siyahısını hazırlayır və yayır. (http://www.state.gov/j/ct/rls/other/des/123085.htm ).
İŞİD terror xəvaric qruplaşması hər kəsin təsəvvüründə qaniçən terror təşkilatı obrazında canlanır . Hətta ABŞ özü də bu qrupa qarşı məhz “terrorizmlə mübarizə” adı altında siyasət yürüdür. Dövlət Departamenti 2014-cü ilin terror təşkilatlarının siyahısında İŞİD terror xəvaric qruplaşmasının da adını təqdim edib. (http://www.state.gov/documents/organization/239631.pdf)
2015-ci ildə isə heç bir izahat verilmədən siyasi kursda korrektələr edilir: İŞİD terror xəvaric qruplaşmasının adı artıq insan hüqularının durumuna görə təsnifatlaşdırılan dövlətlərin siyahısına daxil edilir. İŞİD terror xəvaric qruplaşmasına hansı prinsiplərlə oturuşmuş dövlətlər siyahısında yer verilməsinə aydınlıq gətirilməyib. Bu, mahiyyətcə, İŞİD terror xəvaric qruplaşmasının de-fakto leqallaşdırılması cəhdi deyilmi?
ABŞ-İŞİD münasibətlərinin qaranlıq tarixi
2014-cü ilin sonlarında İranın təhlükısizlik üzrə eksperti, professor Məhəmməd Mərəndi maraqlı tezis irəli sürür: “ABŞ İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizə aparır, amma İŞİD terror xəvaric qruplaşması da hər kəsə qarşı savaşını ABŞ silahı ilə aparır. Bunun səbəbini izah edə bilən varmı?” (http://russian.rt.com/article/51250 )
Həmin dövr üçün İranla ABŞ arasında olan mürəkkəb siyasi duruma istinad edən ekspertlər Mərəndinin tezisinə skeptik yanaşsalar da, hadisələrin inkişafı Avropanın özündə eyni fikirdə olanların sayının sürətlə artığını göstərdi. Fransız general, keçmiş hərbi məktəb rəisi Vinsen Deport (Vincent Desportes) Fransa parlamentində çıxışı zamanı “İŞİD terror xəvaric qruplaşmasını ABŞ yaradıb” (http://www.bvoltaire.fr/alaindebenoist/letat-islamique-ete-cree-par-les-etats-unis,157924 ) fikrini səsləndirməklə, mövzu ətrafında formalaşdırılımış bulanıq duruma aydınlıq gətirdi. Deportun fikirlərini inkişaf etdirən Fransız politoloq Kapitan Marten (Capitaine Martin) isə ABŞ-ın İŞİD terror xəvaric qruplaşmasını yaratmasının səbəblərinə özünəməxsus şərh verdi: “Kommunizmin süqutundan sonra ABŞ-a düşmən obrazı yaratmaq lazım idi. 2001-ci ilin sentyabrında düşmən tapıldı: terror. Səddam Hüseynin yerinə gətirilən şiə Baş nazir Maliki Amerikanın neft maraqlarını təmin edəcək qədər güclü olmadı. Malikinin ABŞ-ın ucuz neft almaq maraqlarını yerinə yetirə bilməməsinin ardından Exon Mobile şirkəti Bərzani ilə danışıqlara başlasa da, ABŞ yeni alternativ tərəfdarlar axtarışını durdurmadı. Beləliklə, İŞİD terror xəvaric qruplaşması oyuna qoşuldu”. (http://www.legrandsoir.info/comment-et-pourquoi-les-etats-unis-ont-cree-l-etat-islamique.html )
Kapitan Marten (Capitaine Martin) iddia edir ki, İŞİD terror xəvaric qruplaşması Suriya və İraqdakı əməliyyatları vasitəsi ilə ABŞ ərəb dünyasını bölməyi, regionda terror üzərində qurulmuş yeni dövlət formalaşdırmağı planlaşdırır. İŞİD terror xəvaric qruplaşmasının ABŞ layihəsi olması tezisini hərbi mütəxəssislər də dəstəkləyir və bunu elmi arqumentlərlə isbatlayırlar. Kanadanın Ottava Universitetinin professoru, Qloballaşma uzrə tədqiqat mərkəzinin direktoru Mişel Çosudovski (Michel Chossudovsky) “Müharibə və qloballaşma: 11 sentyabrın arxasındakı həqiqətlər” kitabında yazır: “Hava Hücumundan Müdafiə silahlarına malik olmayan İŞİD terror xəvaric qruplaşması konvoyunu bombalamaq hərbi baxımdan çox asandır. Suriya səhrası kimi düzənlikdə “Toyota”lardan ibarət konvoyu məhv etmək uşaq işidir. Bir ilə yaxındır ki, İŞİD terror xəvaric qruplaşmasının mövqeləri bombalanır, lakin nəticə yoxdur. Müqayisə üçün deyim ki, Yuqoslaviya kimi bir dövlət cəmi 3 aya darmadağın edilmişdi. Nəticə çıxarmaq olar ki, ABŞ-ın bombalama kampaniyası İŞİD terror xəvaric qruplaşmasının məhvinə xidmət etmir. Terrorla mübarizə bir fiksiyadır: dünyada terrorun 1 nömrəli sifarişçisi Vaşinqtondur”. Ekspert iddia edir ki, İŞİD terror xəvaric qruplaşması ABŞ və onun müttəfiqləri tərəfindən təkcə himayə olunmur, həm də maliyyələşdirilir: “Burada ABŞ-ın Fars körfəzindəki müttəfiqləri də yaxından iştirak edir”. (http://www.mondialisation.ca/la-fausse-guerre-dobama-contre-le-groupe-etat-islamique-protege-par-les-etats-unis-et-leurs-allies/5432512 )
Dövlət Departamentinin son hesabatı isə hərbi, maliyyə dəstəyinin ardından İŞİD terror xəvaric qruplaşmasına göstərilən açıq siyasi dəstək kimi dəyərləndirilə bilər. Dünyanın min illik dövlətlərinin siyahısında İŞİD terror xəvaric qruplaşmasının adının yerləşdirilməsi, onun de-fakto tanıdılması üçün atılan addımların başlanğıcıdır. (APA)
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların -İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.