Sələf Xəbər


İCMAL VƏ RƏY, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ermənistanda vəziyyət hər an nəzarətdən çıxa bilər

İyul 30
15:41 2015

Yerevan yenə çalxalanır. Şəhərdə aksiyalar yenidən vüsət alıb. “Ayağa qalx, Ermənistan” hərəkatı sosial tələblərlə təkrar etiraz aksiyalarına başlayıb. Polis etirazçıların qarşısını güc tətbiq edərək alıb. Etirazçılar irəli sürdükləri sosial tələblərin avqustun 1-dək yerinə yetirilməyəcəyi təqdirdə etirazların davam edəcəyini bəyan ediblər.

Hərəkat üzvləri avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edirlər. Onlar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirəcəklərini, əsas magistral yolları bağlayacaqlarını, oturaq aksiyaya keçəcəklərini deyiblər. Hökumət isə geri çəkilməyəcəyini bildirib.

Yayın qızmar günlərində Ermənistanda hadisələrin bu xronologiya ilə davam etməsi paytaxt Yerevan da daxil omaqla, ölkədə xaotik durumun daha da dərinləşməsindən xəbər verir. İqtisadi bataqlıqdan çıxa bilməyən Ermənistan hökuməti düşdüyü xaosdan çıxmaq üçün yollar axtarır. Bir dövlət olaraq inkişaf perspektivləri olmayan Ermənistanda isə çıxış yolları ölkənin daxili imkanları çərçivəsində deyil, kənardan axtarılır.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, səfalətin, aclığın hökm sürdüyü ölkədə siyasi rəhbərlik hər zamankı kimi çıxış yollarını başqa dövlətlərin rəhbərlərinin qapısında “ianə” toplamaqda görür. Təbii ki, ermənilər hər zaman olduğu kimi bu “ianə”ləri ad və formalarını dəyişdirməklə, üstlərini hiyləgərliklə ört-basdır etməklə, don geyindirib bəzəməklə müxtəlif bəhanə və səbəblərlə alırlar. Hökumət aldığı bu vəsaitlərlə ölkədə partlayış həddinə gələn iqtisadi, sosial problemləri həll etməyə çalışır.

Artıq etirazçıların irəli sürdükləri sosial tələblərin yerinə yetirilməsi üçün verilən müddət bitmək üzrədir. Hökumətlə etirazçılar arasında danışıqların aparılması və ya tələblərlə bağlı hər hansı razılığa gəlinməsi üfüqdə görünmədiyindən ölkədə situasiya hər an nəzarətdən çıxa bilər. Ümumi razılığın olmaması, tələblərin yerinə yetirilməməsi etiraz aksiyalarına digər qüvvələrin də qoşulmasını, etiraz dalğasının genişlənməsini reallaşdırır. Bu isə Ermənistanda paytaxt və digər şəhərlərdə etiraz dalğasının böyüməsinə gətirib çıxaracaq.

Hökumət siyasi böhranın bir addımlığındadır. Ermənistanda hadisələrin bu məcrada baş verməsi masa üzərinə yeni təkliflərin qoyulmasını diktə edir. Bundan qaçan Ermənistan siyasi rəhbərliyinin çıxılmaz vəziyyətdə olduğu isə göz qabağındadır.

Görünən odur ki, bu yay Ermənistanın ciddi problemlər məngənəsində boğulacağı qaçılmazdır.

Sələf Xəbər: Uca Allahdan düşmən işğalında olan torpaqlarımızın geri qaytarılmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər