Sələf Xəbər


İCMAL VƏ RƏY, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qərbin Qəzzafini məhv etməsinin səbəbi

May 23
18:16 2016

Qərb dövlətlərinin Liviya lideri Müəmmər Qəzzafini devirməsinin arxasında neft qədər strateji əhəmiyyət daşıyan şirin su amili dayanır.

Axar.az xəbər verir ki, Müəmmər Qəzzafi Qərb dövlətlərinin 20-30 ildən sonra başlanacağı güman edilən şirin su savaşına hazırlaşmalarına və Liviyanın su hövzələrini istismara götürmə cəhdlərinə, həmçinin dənizin suyunu şirinləşdirib, Afrika ölkələrinə satmaq təkliflərinə qarşı çıxıb. Liviya lideri Afrikaya min illərlə çatacaq şirin su hövzələrinə sahib olduğunu əsas gətirərək, ABŞ-ın təklifini rədd edib və böyük bir layihəyə start verib.

Bəs, Afrikanı min illərlə təmin edəcək şirin su hövzələri harada idi və Qəzzafi niyə bu qədər əminliklə böyük layihəyə başlamışdı?

Neft axtaranlar su tapmışdılar

1953-cü ildə Liviyanın cənubunda neft yataqları tapmaq üçün aparılan axtarış işləri böyük miqdarda şirin su ehtiyatını aşkara çıxardı. Bu hadisədən 7 il sonra – 1960-cı ildə “Böyük süni çay layihəsi” hazırlansa da, uzun müddət həyata keçirilməsi mümkün olmadı.

Dünyanın ən böyük suvarma sistemlərini özündə birləşdirəcək “Böyük süni çay layihəsi”nin uzunluğu 2820 kilometr olacaqdı. 13.000-dən çox şirin su quyusunun daxil olduğu nəhəng layihə ölkənin ən iri şəhərləri – Tripoli, Benqazi və Sirtə gündəlik 6.500.000 kubmetr şirin su tədarükü etmə gücündə idi.

Nəhayət, bu ideyanı həyata keçirmək üçün Qəzzafi hərəkətə keçir və 1984-cü ildə layihənin inşaasına start verilir.

Müəmmər Qəzzafi layihəni “Dünyanın səkkizinci möcüzəsi” adlandırırdı.

Ümumi dəyəri 25 milyard dollar olan inşaat işləri bes hissədə aparılırdı. İlk hissə 28 avqust 1991-ci ildə istifadəyə verildi. Bu mərhələ 85 milyon kubmetr su tədarük edirdi.

Qəzzafi bu böyük layihənin bütün maliyyəsini təkbaşına üzərinə götürmüşdü. Liviyanın təmiz su ehtiyatı ödəndikdən sonra layihə böyüyəcək və bütün Afrikanı əhatə edəcəkdi. Layihənin dəyəri həm də onda idi ki, Liviya bunun sayəsində qitənin ən qüdrətli ölkəsinə çevriləcək və minillərlə regionun əsas neməti – şirin su ilə milyardlarla insanı təmin edəcəkdi.

Qəzzafi layihənin ikinci hissəsini də sonlandırmağı bacardı və 1 sentyabr 1996-cı ildə ikinci bölüm fəaliyyətə başladı.

2008-ci ilə qədər Liviya hökuməti layihəyə təxminən 19.6 milyard ABŞ dolları xərcləmişdi. Tikintinin icrası üçün lazımı materiallar İtaliya, İspaniya, Almaniya və Yaponiyadan Aralıq dənizi sahilindəki Burayka limanına gətirilirdi. Avropa ölkələri ilə dəniz qonşuluğu Liviyaya əlavə üstünlük yaratmışdı.

Koalisiya ilk olaraq limanı məhv etdi

2011-ci ildə Liviyada baş qaldıran silahlı üsyanla ABŞ liderliyindəki NATO hərəkətə keçdi. İyulun 22-də su kəmərləri üçün boru tədarükünü hazırlayan Burayka limanı NATO təyyarələri tərəfindən bombardman edildi. 4 gün sonra açıqlama verən NATO rəsmiləri limanda hərbi sursat olması ilə bağlı kəşfiyyat məlumatı aldıqlarını, bu səbəbdən ərazinin bombardman edildiyini iddia etdilər. Lakin uzun sürən araşdırmalardan sonra sözügedən ərazidə hərbi silah-sursat tapılmadı.

Qeyd edək ki, “Böyük süni çay layihəsi” reallaşana qədər Liviya hökuməti Avropadan aldığı su müqabilində hər il 3,75 milyard dollarından keçməli olurdu. Ancaq hesablamalara görə, dəyəri 70 trilyon dollara bərabər olan Liviya su ehtiyyatı 2 min 283 il ərzində 7 milyard afrikalını su ilə təmin edə bilərdi.

Ölkə ərazisində su problemi həll olunduqdan sonra qonşu ölkələr – Tunis, Əlcəzair, Çad, Niger, Sudan və Misir, ümumilikdə Böyük Səhranın yarıdan çoxu içməli su ilə təmin olunacaqdı.

Sonuc

NATO təyyarələri artıq çoxdan bu betonlaşdırılmış xətləri darmadağın edib, layihəni tarixin arxivinə gömüb.

Afrikanı susuzluqdan xilas edəcək bu layihə Qərbin birbaşa müdaxiləsi ilə məhv edildi, Qəzzafi özü isə bir ovuc terrorçuya əsir edildi və güllələndi.

Sələf Xəbər: Uca Allah buyurur: “De: “Deyin görüm, əgər suyunuz (yerin dibinə ) çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?” (Qurani-Kərim, “Mülk” surəsi, 30-cu ayə)

Digər xəbərlər