Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

Sərnişin qatarları əhalini mənzil başına daha tez çatdıracaq

May 11
14:52 2015

“Bakıdan Gürcüstan sərhədlərinə qədər dəmir yolunun təmiri ilə bağlı işlər 1-1,5 ilə başa çatdırılacaq. Məqsəd Bakı-Böyük Kəsik yolunda qatarların sürətini artırmaqdır”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

C. Qurbanov hazırda Azərbaycan dəmir yollarında qatarların hərəkət sürətinin aşağı olduğunu qeyd edib: “Bu, o qədər də xoşagələn deyil. Çalışacağıq ki, Gəncə və Bakı arasında insanların daşınmasını təqribən 5 saata endirək. Biz bu yolları bərpa edərək sərnişinlərin tez çatdırılmasını planlaşdırmışıq. Daha sonra Rusiya sərhədinə qədər dəmir yolunun əsaslı təmiri, yeniləşdirilməsi ilə məşğul olacağıq. Prezidentin tapşırığı ilə 50-yə qədər elektrovoz, 10-a yaxın teplovoz alınacaq və onlar bu yollarda hərəkət edəcək”.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031