Ailə xoşbəxtliyi üçün ÜÇ QIZIL NƏSİHƏT – İkinci nəsihət (VİDEO – Şeyx Süleyman ər-Ruheyli)
2. 663 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Əzizlərim, ikinci tövsiyə isə çox insanların qafil olduqları bir məsələdir. Biz evimizdə əxlaq prinsiplərini həyata keçirməli, ən gözəl əxlaqımızı ailəmizə göstərməliyik.
Hədis – “Sizin xeyirliniz ailəsi üçün xeyirli olan kimsədir.”
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə gözəl əxlaqı öyrətmişdir. Lakin çox təəssüf, bu gün bir çoxumuz çöl-bayırda olanda insanlarla rastlayarkən, dostlarla görüşərkən onlarla gözəl əxlaqlı davranırlar. Deyib-gülür, təbəssüm edir, xeyir-dua edirlər. Lakin evinə daxil olub evin çöl qapısını bağlayan kimi, sanki “şirə” dönür. Çığırbağır salır, vurur, söyür, bəd dua edir, hətta ailə üzvləri onun evdən getməsini təmənna edirlər.
Halbuki bizə belə təlim verilməyib.
Müsəlmanın əxlaqı belə olmalı deyil.
Siz bir Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) baxın!
O evində olarkən ailəsinin xidmətində durardı.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Aişəyə (Allah ondan razı olsun) qarşı ən gözəl əxlaqını nümayiş elətdirirdi.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) sümüklü ət tikəsini götürüb bir hissəsini dişləyir, sonra tikənin qalan hissəsini Aişəyə (Allah ondan razı olsun) təqdim edirdi. Aişə (Allah ondan razı olsun) tikəni dişlədikdən sonra, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) də eyni yerdən dişləyərdi. Aişənin (Allah ondan razı olsun) onun bu hərəkətini xoşladığını bildiyi üçün belə edirdi.
Siz hələ bu qəribə hadisəni dinləyin!!!
Bir gün Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) əshabələri ilə birlikdə döyüş səfərinə çıxmışdı. Aişə (Allah ondan razı olsun) də onunla birlikdə idi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) əshabələrinə “siz öndə gedin, məndə gəlirəm” – deyə, xitab etdi.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Aişə (Allah ondan razı olsun) ilə birlikdə qoşunun arxasınca gəlirdi. Həmin vaxt Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əllidən çox yaşı vardı. O həmdə Allahın Peyğəmbəri və döyüş sərkərdəsi idi. Bununla belə o nə etdi?!
Aişəyə belə dedi: “Ey Aişə gəl səninlə yarışaq!”
“Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onunla yarışdı və Aişə (Allah ondan razı olsun) qaçışda ona qalib gəldi.” Çünki Aişə gənc və çevik idi.
Bir neçə ildən sonra Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) yenə qoşun ilə döyüş səfərinə çıxmışdı. Bu dəfə də Aişə (Allah ondan razı olsun) onunla idi.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) əshabələrinə “siz öndə gedin, məndə gəlirəm” – deyə, xitab etdi.
Sonra Aişəyə dedi: “Ey Aişə gəl səninlə yarışaq!”
“Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onunla yarışdı və qaçışda ona qalib gəldi.” Daha sonra Aişəyə (Allah ondan razı olsun) dedi: “Ey Aişə, bu, əvvəlkinin əvəzi idi.”
Siz bir gözəl əxlaqa fikir verin. Onun yaşda böyük, Allahın Peyğəmbəri və döyüş sərkərdəsi olması onun öz xanımı ilə belə gözəl əxlaqlı davranmasına mane olmadı. Belə əxlaq ailəni mərhəmət, ülfət və sevgi hissləri ilə bərkidir. Şeytan heç vaxt belə ailəyə müdaxilə edə bilməz.